İDMAN
Arif Məmmədov: Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər
Bakı, 5 iyul, AZƏRTAC
Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunda Batumi şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan komandasının qarşılanma mərasimində deyib.
Onun sözlərinə görə, bu yarışda Ermənistanı daha çox idmançı təmsil edib. “Bu səbəbdən bütün idmançılarımızı təlimatlandırmışdıq ki, ermənilər nə qədər təxribat törətməyə çalışsalar da heç kim onlara əhəmiyyət verməsin. Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər. Lakin bizim idmançılarımız qalib ölkənin vətəndaşı olaraq onlara heç bir reaksiya vermədi. Mən buna görə bütün idmançılarımızı təbrik edirəm. Sözün əsl mənasında idmançılarımız Azərbaycanı layiqincə təmsil etdilər", - deyə federasiya prezidenti əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]