Arpad Yanos Potapi: Şuşada olmaqdan çox məmnunam
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Macarıstan dövlətini təmsil edən şəxs kimi mən ilk dəfədir Azərbaycana səfər edirəm. Qədim Şuşada olmaqdan çox böyük məmnunluq hissi keçirirəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi söyləyib.
Şəhərin gözəlliyindən valeh olduğunu bildirən qonaq qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, Macarıstanda da belə bir şəhər var.