“ART könüllü” proqramına namizədlərin qəbulu başlayıb
Bakı, 2 iyul, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “ART könüllü” proqramına namizədlərin qəbulu başlayıb.
AZƏRTAC xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.
Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə, 4 saatdan az olmayaraq namizədlərini gözləyir.
Proqrama 18-35 yaş arası namizədlər qatıla bilərlər.
Azərbaycan dili ilə yanaşı, ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir. Proqramda iştirak etmək istəyən şəxslər müraciətlərini CV formasında iyulun 11-dək mövzu bölümündə “ART könüllü” yazaraq [email protected] ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]