ASCO “Qarabağ” Ro-Ro gəmisinin adını dəyişərək “Mingəçevir” edib
Bakı, 30 avqust, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qarabağ” Ro-Ro gəmisinin adını dəyişərək “Mingəçevir” edib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəmi yenə də Xəzərdə Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində daşımalar həyata keçirəcək. "Mingəçevir" hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.
Qeyd edək ki, “Qarabağ” gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5 985 tondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:58]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:35]