ASK ilə Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 9 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, məqsəd sahibkarlığın inkişafı və turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, problemlərin aradan qaldırılması, turizm təşkilatlarının və mehmanxanaların potensial imkanlarının gücləndirilməsi, turistlərin maraqlarının müdafiə edilməsi və üzv təşkilatların dinamik inkişafına səmərəli yardım göstərməkdir.
Saziş dövlət və qeyri-dövlət qurumlarının turizm şirkətləri və obyektlərinin hüquqlarının müdafiəsi, ölkədə turizmin inkişafı üzrə proqram və layihələrin hazırlanması, birgə treninqlərin keçirilməsinə, habelə Azərbaycan sahibkarlarının xaricdə tədbirlərdə iştirakına yardım göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]