Astarada çimərlik futbolu üzrə açıq rayon turniri təşkil olunub
Astara, 30 iyun, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda Dənizkənarı Park Bulvar Kompleksinin ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan çimərlik futbolu üzrə açıq rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda “Astara”, “İmişli-1”, “İmişli-2”, “Beyləqan”, “Ağcabədi” komandaları Olimpiya sistemi (uduzub-çıxma) üzrə mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda birinci yerə “Astara” komandası, ikinci yerə “İmişli-2”, üçüncü yerə isə “Beyləqan” komandası layiq görülüblər.
Fəxri yerləri qazanan komandalara, eləcə də “Ən yaxşı hücumçu”, “Ən yaxşı qapıçı” və “Ən yaxşı müdafiəçi” nominasiyalarında qalib olanlara Astara rayon Gənclər və İdman İdarəsinin, Çimərlik Futbol Federasiyasının kuboku, hədiyyələri və diplomları təqdim olunub.