Astaranın təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir
Astara, 13 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunun təhsil müəssisələrində də koronavirus infeksiyası ilə bağlı sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Bu məqsədlə rayonda növbəti dəfə dezinfeksiya işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlərin tətil günlərində aparılan tibbi profilaktiki tədbirlər rayonun bütün təhsil ocaqlarını və məktəbəqədər təhsil müəssisələrini əhatə edəcək.
Tibbi profilaktiki tədbirlər məktəblərin sinif otaqlarında, yeməkxanalarda, akt və idman zallarında, yardımçı otaqlarda və dəhlizlərdə aparılır.
Bu tədbirlər şagirdlərin tətil günləri başa çatanadək vaxtaşırı davam etdiriləcək.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar rayonun təhsil müəssisələrində kütləvi tədbirlərin keçirilməsi və ekskursiyalar təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]