Azərbaycan Dövlət İnformasiya Agentliyi

Atıcılıq üzrə Avropa çempionatının onuncu günü maraqlı mübarizələrlə yadda qalıb

Bakı, 30 iyul, Məhərrəm Əlioğlu, Pərvin Ələkbərov, AZƏRTAC

İyulun 30-da Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının onuncu gününün yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatın onuncu günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Çempionatda kişilər və qadınlar arasında 300 metr məsafəyə tüfənglə, kişilər və gənclər (yeniyetmələr) arasında 25 metr məsafəyə tapançadan standart və sürətli, qadınlar arasında 300 metr məsafəyə üç vəziyyətdə və qarışıq komanda halında 300 metr məsafəyə atəşaçma yarışlarında qaliblər müəyyənləşib.

Həmçinin qadınlar və yeniyetmələr dairəvi stend atıcılığı yarışında güclərini sınayıblar.

Kişilər arasında 300 metr məsafəyə tüfənglə atəşaçma yarışında isveçrəli atıcı Jan Loçbihler rəqiblərindən daha üstün olaraq 598 xalla birinciliyi təmin edib. İkinci yerə 595 xalla (onluq 42) almaniyalı Frank Fleiçman, üçüncü yerə isə 595 (onluq 31) xalla sloveniyalı Rajmond Debeveç çıxıb.

Fransa millisi kişilər arasında tüfənglə 300 metr məsafəyə güllə atıcılığı üzrə komanda yarışında 1775 xal toplayaraq qalib gəlib. Qızıl medalı Fransa millisinə Moreno Flores Remi (595 xal), Sayril Qraf (594) və Valerian Sauveplane (586) qazandırıblar. İkinci yeri 1769 xalla Sloveniya millisi tutub. Gümüş medalı Sloveniya komandasının heyətində Debevec Rajmond (595), Robert Markoja (594) və Dusan Zisko (580) təmin ediblər.

Yarışın üçüncüsü isə 1764 xalla Almaniya millisi olub. Almaniya yığmasının heyətində bu uğura Frank Fleişmann (595), Raiber Matthias (592) və Joerq Niehueser (577) imza atıblar.

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışında ukraynalı atıcı Pavlo Korostylov rəqiblərindən daha dəqiq olaraq 581 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə 574 xalla almaniyalı Kristian Reitz, üçüncü yerə isə 573 xalla rusiyalı Aleksi Klımov çıxıb. Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışı 564 xalla yeddinci yerdə başa vurub.

Ukrayna millisi kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma üzrə komanda yarışında 1719 xal toplayaraq qızıl medal qazanıb. Bu yarışda Ukrayna komandası Pavlo Korostylov, Pasternak Volodymir və Roman Bondaruk ilə təmsil olunub. Klement Bessaguet, Frank Kiefer və Boris Artaud 1676 xalla Fransa millisini gümüş medalla təmin ediblər. Yarışın üçüncüsü isə 1675 xalla Rusiya millisi olub. Rusiya yığmasının heyətində bu uğura Aleksis klimov, Nikita Şkanov və Aleksandr Alifirenko imza atıblar.

Ukraynalı atıcı Pavlo Krepostniak yeniyetmələr (kişilər) arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışının qalibi olub. Ukrayna idmançısı 572 xal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Danil Şikov 565 xalla gümüş, latviyalı Erbs Ernests isə 564 xalla bürünc medal qazanıblar.

Avstriya idmançısı Peer Franziska qadınlar arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəş açma yarışının ən güclüsü olub. Dəqiqliyi ilə rəqiblərini üstələyən idmançı 580 xalla qızıl medal qazanıb. Almaniyalı Lisa Müller 576 xalla ikinci, norveçli Oleane Sina Busk isə 575 xalla üçüncü yerə çıxıb.

Avropa çempionatında Rusiya millisi yeniyetmələr (kişilər) arasında 25 metr məsafəyə standart tapança ilə atəşaçma yarışında 1671 xal toplayaraq çempion olub. Qızıl medalı Rusiya millisinə Daniil Şıxov (565 xal), Aleksandr Petrov (554 xal) və Eqor İsmakov (552 xal) qazandırıblar. İkinci yeri 1668 xalla Ukrayna millisi tutub. Komandanın aktivinə gümüş medalı Pavlo Krepostniak, Yuri Kolesnik və Maksim Horotinets yazdırıblar. Yarışın üçüncüsü isə 1663 xalla Almaniya millisi olub. Yığmanın heyətində bu uğura Kristop Lutz, Florian Peter, Filip Heyer imza atıblar.

Qadınlar arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə güllə atıcılığı üzrə komanda yarışının ən güclüsü 1699 xal toplayan İsveçrə millisi olub. Komandaya qızıl medalı Guignard Sneyder Silvia, Mariam Bruehviler və Andrea Bruehlman qazandırıb.

Polşa yığmasının aktivinə gümüş medalı 1689 xalla Silvia Bogacka, Karolina Kovalçuk və Paula Vronska yazdırıblar.

Lessia Leskiv, Natallia Kalnyş və Svetlana Boykova isə 1678 xal yığaraq Ukrayna millisinə bürünc medal qazandırıblar.

Yunanıstanlı idmançı Artemis Kefalidou yeniyetmələr (qızlar) arasında dairəvi stend atıcılığı yarışının ən güclüsü olub.

Yunanıstan idmançısı 46 xalla rəqiblərini üstələyərək qızıl medal qazanıb. Rusiyalı Elena Bukhonova 43 xalla ikinci, italiyalı Del Prete Franseska 35 xalla üçüncü yeri tutub.

Çempionatda qadınlar arasında dairəvi stend atıcılığı yarışının qalibi də müəyyənləşib. Fransalı Lucie Anastassiou rəqiblərindən daha dəqiq olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kipr idmançısı Andri Eleftheriou gümüş, almaniyalı atıcı Kristin Venzel isə bürünc medala sahib olub. Bu yarışda Azərbaycanı Nurlana Cəfərova, Regina Meftahətdinova, Püstəxanım Məlikova təmsil ediblər.

Qarışıq komanda halında 300 metr məsafəyə atəşaçma yarışlarının qızıl medalçısı isə 372 xalla İsveçrənin 1-ci yığması olub. Yarışda ikinci yerə çempion komandadan bir xal geridə qalan Avstriya (371 xal) millisi, üçüncü yerə isə 361 xal toplayan İsveç yığması çıxıb.

Yeniyetmələr (qadınlar) arasında dairəvi stend atıcılığı üzrə komanda yarışının qalibi isə İtaliya yığması olub.

Komandaya qızıl medalı Del Prete Francesca, Longhi Giada, Basso Giulia qazandırıb. Rusiya millisinin aktivinə gümüş medalı Elena Buxonova, Alina Fazylzyanova, Margarita Qevorkian yazdırıb.

Almaniya komandasının heyətində Maria Kalix, Reiçert Tamar, Valentina Umhoefer bürünc medala sahib olub.

Mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan qalib idmançılara medallar təqdim olunub.

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Avropa çempionatına avqustun 3-də yekun vurulacaq. Çempionata 43 ölkədən minə yaxın idmançı qatılıb. Yarışda idmançılar 80-ə yaxın medal uğrunda mübarizə aparırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib