AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN III QURULTAYI KEÇİRİLƏCƏKDİR
Berlin, 13 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidmətinin məlumatına görə, aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III qurultayı keçiriləcəkdir. Qurultayda Konqresin prezidenti Natiq Ağamirovun hesabat məruzəsi dinləniləcək, 2007-ci ildə hazırlanmış və 2008-ci ildə İcraiyyə Komitəsinin iclasında təsdiq edilmiş «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində fəaliyyət proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılacaqdır. Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəallarının, Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının və qonaqların iştirak edəcəkləri qurultayda AAK-ın rəhbər orqanları seçiləcək, qətnamə qəbul olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]