Avropa “insan haqları” qüvvədədir: dənizdə batan miqrantları xilas edənləri həbsxana gözləyir
Berlin, 5 mart, AZƏRTAC
Berlindəki “Jugend rettet” xeyriyyə təşkilatının, habelə “Save the Children” və “Medecines sans Frontieres” humanitar təşkilatlarının üzvləri barəsində İtaliya prokurorluğu tərəfindən başlanmış təhqiqat bu günlərdə başa çatıb.
AZƏRTAC xəbər verir ki, əgər məhkəmə bu şəxsləri miqrantların Avropa İttifaqına qeyri-qanuni yolla gəlmələrinə kömək etməkdə təqsirli bilərsə, onların hər birini 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Cavabdehlər 2016-2017-ci illərdə işıq siqnallarının köməyi ilə qaçaqmalçılarla əlaqə saxlamaqda və onlara xilasetmə jiletləri verməkdə təqsirləndirilir. Onlar dənizdə qəzaya uğramış minlərlə qaçqını qəbul edib, bu insanları başqa humanitar təşkilatlara məxsus gəmilərə təhvil verib, sonuncular isə onları İtaliyaya çatdırıblar.
Cavabdehlər özlərini müdafiə etmək üçün bildirirlər ki, xilasedicilərin işinə qanuni vasitələrlə mane olmaq cəhdlərinin nəticələri faciəli ola bilərdi: belə cəhdlər, əslində, xilas edilməsi mümkün olan insanların ölümünə gətirib çıxarardı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]