AVROPA İTTİFAQI MƏKANINDA QATAR GECİKMƏLƏRİNƏ GÖRƏ SƏRNİŞİNLƏRƏ KOMPENSASİYA VERİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa İttifaqı məkanında dəmir yolu sərnişinlərinə qatar gecikmələrinə görə biletin qiymətinin müəyyən hissəsini geri almaq hüququ verilmişdir. Birlik üzvü olan 25 dövlətin nəqliyyat nazirləri Brüsseldə bu barədə yekdil qərara gəlmişlər.
Qatar mənzil başına bir saatdan iki saata qədər gecikərsə, hər sərnişinə biletin qiymətinin dörddə bir hissəsini geri tələb etmək hüququ verilir. İki saatdan artıq müddətə gecikmələrə görə isə hər bir sərnişinə biletin qiymətinin tam yarısı geri qaytarılacaqdır.
Kompensasiya dəmir yol şirkətlərinin büdcəsindən ödəniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]