Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Oyunları deyəndə artıq ilk növbədə Azərbaycan yada düşəcək

Bakı, 2 iyul, Vüqar Əliyev, AZƏRTAC

12-28 iyun 2015-ci il! Bu 17 günlük təqvimi nəinki Avropanın, bütün dünyanın tarixinə Azərbaycan yazdı. Məhz bu günlər ərzində Avropa tarixdə ilk dəfə olaraq öz Oyunlarını keçirdi. Bu möhtəşəm idman tədbirinin təməlini qitənin böyük dövlətləri deyil, məhz gənc müstəqil Azərbaycan qoydu.

Müstəqilliyinin 24-cü ilində tarix yazan Azərbaycan, təkcə sürətli inkişafı, dayanıqlı sabitliyi ilə deyil, həm də yüksək səviyyəli təşkilatçılığı ilə mühüm beynəlxalq tədbirlərin platforması oldu. Bu mötəbər tədbirlərin sırasına ilk Avropa Oyunları da daxil edildi. Artıq tarixə belə bir cümlə də yazıldı: “Bakı-2015” ilk Avropa Oyunları”.

Bir çox şəkkaklar Azərbaycanın bu işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Çünki cəmi iki il yarım ərzində yüksək standartlara cavab verən idman infrastrukturu qurmaq heç də hər dövlətin işi deyildi. Lakin Azərbaycan bunun öhdəsindən gələ bildi, həm də fantastik səviyyədə.

Təbii ki, Azərbaycanın bu uğuru bəzi qüvvələri, o cümlədən elə Avropanın özündəki bir sıra dairələri narahat etməyə bilməzdi. Onlar Azərbaycana qarşı qərəzli mövqelərini media vasitəsilə bildirir, ölkədə gördükləri ən xırda problemləri belə şişirdir, dünya ictimaiyyəti arasında Azərbaycanın mənfi obrazını formalaşdırmağa cəhd göstərirdilər. Onlar gah Azərbaycanda guya insan haqlarının pozulduğunu, sosial təminatın düzgün qurulmadığını iddia edir, gah da Avropa Oyunlarının təşkilatçılığına çəkilən xərcləri həddindən çox şişirdib ölkəni tənqid edirdilər. Özlərini elə aparırdılar ki, sanki Azərbaycan Avropanın deyil, öz Oyunlarını keçirirdi. Əlbəttə, bu işdə onlara "sapı özümüzdən olan baltalar" da dəstək verir, ölkəyə, millətə açıq-aşkar xəyanət edirdilər.

Amma istər bu düşmən dairələr, istərsə də onların xidmətində duran "5-ci kolon" Azərbaycanın uğurlu xarici və daxili siyasət yürüdən müdrik rəhbərinin olduğunu unutdular. Xarici dairələr anlamadılar ki, beş-on xəyanətkarın yalanları, böhtanları 10 milyona yaxın vətəndaşın dövlət rəhbərinə olan etimadını, inamını sarsıda bilməzdi. Yaxşı olar ki, həmin dairələr Prezident İlham Əliyevin bu sözlərini yaddaşlarına həkk etsinlər: "Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. ... Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir".

Qarayaxma kampaniyasına rəvac verənlərin arzuları gözlərində qaldı, Azərbaycan öz işini vicdanla yerinə yetirdi, köhnə qitəyə 17 gün ərzində bir-birindən maraqlı anlar, əsl idman bayramının sevincini yaşatdı. İlk Oyunları yüksək səviyyədə keçirməklə Azərbaycan qüdrətini, hətta məhdud vaxt intervalında belə çox böyük miqyaslı tədbirləri yüksək səviyyədə keçirə bilmək bacarığını bütün dünyaya bir daha sübut etdi. Həmçinin bəzi "yaxın tərəfdaşlardan" fərqli olaraq, Azərbaycan sülhsevər dövlət olduğunu, dostluğa sadiqliyini nümayiş etdirdi. İlk Avropa Oyunları zamanı Azərbaycana gələn çoxsaylı turistlər də ölkənin inkişafını, əldə edilən nailiyyətləri öz gözləri ilə gördülər. Onlar istər yerli, istərsə də xarici jurnalistlərə müsahibələrində Azərbaycanın, paytaxt Bakının inkişafına, gözəlliyinə, burada insanların rahat yaşamaları üçün yaradılan şəraitə heyran qaldıqlarını dönə-dönə vurğulayır, bəzi dairələrin qarayaxma kampaniyasının arxasında hansı mətləblərin dayandığını dilə gətirirlər. “Times of Israel” qəzeti Azərbaycana qarşı qərəzli münasibəti tənqid edərək obrazlı şəkildə yazır: “Bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq, bu çirkli dumanın arxasından Azərbaycanın tolerantlıq və dostluq mesajları işıq saçır və heç bir böhtan, iftira kampaniyası bu işığın üzərinə kölgə sala bilməz”.

Bəli, 17 gün ərzində Azərbaycanın işığı bütün Avropanı, bütün dünyanı dolaşdı və indi də dolaşmaqdadır. Bu, indən sonra öz alovunu Bakıdan, müqəddəs Atəşgah məbədindən götürəcək Avropa Oyunlarının məşəlinin sönməz işığıdır. Birinci Avropa Oyunları sona çatdı. Bununla Azərbaycan tarixə daha bir “ilk”in adını yazdı, özü də öz sönməz odu, alovu ilə. Azərbaycan bir daha sübut etdi ki, o, təkcə enerji resursları ilə zəngin ölkə deyil, həm də yüksək təşkilatçılığa, mədəniyyətə, qonaqpərvərliyə malik olan dövlətdir. Olimpiya Oyunları deyəndə hamı ilk növbədə Yunanıstanı fikirləşdiyi kimi, bundan sonra Avropa Oyunları deyəndə artıq Azərbaycan yada düşəcək. O da yada düşəcək ki, Azərbaycan ilk Avropa Oyunlarında 50 ölkənin arasında ikinci oldu. Bu, çox qürurverici göstəricidir.

İstər vətəndaşlarımızın, istər ölkəmizə təşrif buyurmuş xarici qonaqların müşahidələrinə, sözlərinə istinad edərək əminliklə vurğulamaq olar ki, Avropa Oyunları birinci olsa da, tam mükəmməlliyi ilə təşkil edildi, onun standartları yaradıldı, bəzi qüvvələrin Azərbaycana qarşı apardığı "oyunlar" isə həmişə olduğu kimi, yenə də iflasa uğradı.

Bu qeydləri Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunlarda qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və yarışların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdəki çıxışında dövlətimizin başçısı İlham Əliyevə xitabən dediyi, qəlbimizi riqqətə gətirən sözləri ilə tamamlamaq istərdik: “Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir”.

Vüqar Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib