Avropa üçüncüsü olan güləşçi: Hədəfim çempionluq idi
Bakı, 9 aprel, AZƏRTAC
“Bürünc medal görüşü gözlədiyimdən daha çətin keçdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov (57 kiloqram) federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
İdmançı yarışa çempionluq hədəfi ilə yollandığını bildirib: “Çoxlu təlim-məşq toplanışı keçmişdik. Yaxşı formada idim. Əlbəttə, qalib gəlmək istəyirdim. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm. Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Öz üzərimdə daha çox işləməliyəm. Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]