AVROPADA İNGİLİS DİLİNDƏ YENİ İSLAM TELEKANALI YAYIMLANACAQ
AZƏRTAC IINA agentliyinə istinadla xəbər verir ki, Londonda İslamın yeni peyk telekanalı öz yayımına başlamışdır. Bu telekanalın direktoru Məhəmməd Əli bildirmişdir ki, Avropa ölkələrinə verilişlər ingilis dilində yayımlanacaqdır. Kanal insanlara İslam barədə düzgün informasiya çatdırmalı, habelə Qərb ölkələrində yaşayan müsəlmanlara öz problemlərini həll etməkdə kömək göstərməlidir.
Məhəmməd Əli demişdir ki, “kanal bəzi Qərb KİV-lərinin İslam barəsində yaydığı yalan məlumata qarşı çıxacaq, habelə Avropa müsəlmanlarının dininə dair məsələlərin obyektiv işıqlandırılmasında onların tələbatını ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]