Avstraliyada təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
Tokio, 4 mart, AZƏRTAC.
Avstraliyanın Eksmut şəhəri yaxınlığındakı Keyp-renc milli parkında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın “9News” xəbərlər portalı məlumat yayıb.
Eksmut aeroportunda havaya qalxan təyyarənin axtarışlarına martın 3-də axşam saatlarında təyyarənin dispetçerlə əlaqəsi kəsildikdən sonra başlanılıb. Təyyarənin qalıqlarını Keyp-renc milli parkının əməkdaşı parkdakı dərədə aşkar edib. Təyyarə qəzaya uğradıqdan sonra pilot və sərnişini həlak olublar.
Təyyarədə həlak olanların şəxsiyyəti barədə hələlik məlumat verilmir. Hadisənin baş verməsi səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]