Avstraliyada vəhşi atların güllələnməsi davam edəcək
Bakı, 22 avqust, AZƏRTAC
Ötən ildən başlayaraq Avstraliya Milli Parkında olan vəhşi atların güllələnməsinə icazə verilib.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın Kosciuszko Milli Parkında hələ də vəhşi atları güllələmək mümkündür. Yeni Cənubi Uels əyalətinin Ali Məhkəməsi heyvanların rifahı ilə məşğul olan təşkilatın iddiasını rədd edən qərar çıxarıb.
Ştatın hökuməti artıq keçən il atların tələf edilməsinə göstəriş vermişdi. Bunun səbəbi Avstraliyadakı parkda “brumbi” adlanan vəhşi atların həddindən artıq olmasıdır. Məlumata görə, onların sayı təxminən 21760 baş olub. Ekoloqun nöqteyi-nəzərindən, atlar Milli parkın ekoloji tarazlığını və bataqlıq ərazilərini təhdid edir, habelə yerli at növlərini sıxışdırır.
Ekologiya Nazirliyi Milli Parklar və Vəhşi Təbiət Xidməti tərəfindən 2027-ci ilə qədər brumbilərin sayının 3 minə endirilməsinə qərar verib. Bəzi vəhşi atların başqa ərazilərə köçürülməsi də planlaşdırılır.
Heyvanların əhəmiyyətli bir hissəsi onların helikopterlərdən vurulması nəticəsində ölür. Heyvan haqları müdafiəçiləri məhkəmə iddiasında havadan atılan güllələrin atlara lazımsız və ya əsassız ağrılar verdiyini və bunun heyvanlara qarşı amansızlıq aktı olduğunu bildiriblər. Lakin üçgünlük dinləmədən sonra məhkəmə ekologiya nazirinin öz qərarında nəzərə almalı olduğu “heyvanların rifahının yeganə və ya ən vacib məsələ olmadığı” barədə qərar verib.
Güllələnən heyvanlar avropalı köçkünlərin əhliləşdirilmiş atlarının nəsilləridir və Amerika mustanqları ilə müqayisə edilə bilər.