Avstriyada koronavirusa görə idman tədbirləri də təxirə salınıb
Vyana, 11 mart, AZƏRTAC
Avstriyada federal hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün aprel ayının əvvəlinədək kütləvi tədbirləri qadağan edib. Bu qərardan sonra ölkədəki bütün teatr, opera, konsert zalları ilə yanaşı kütləvi idman tədbirləri də təxirə salınır.
AZƏRTAC xəbər verir ki, Avstriyanın futbol üzrə Bundesliqasının birinci və ikinci liqaları iki dövrənin oyununu təxirə salıblar. Xokkey liqası isə mövsümü çempionu müəyyən etmədən dayandırıb.
Avstriyanın ən böyük idman tədbirlərindən biri olan və aprel ayının 19-da keçirilməsi nəzərdə tutulan Vyana Şəhər Marafonunun təşkilatçıları isə bu tədbiri ləğv ediblər və bu il marafonun keçirilməyəcəyini elan ediblər. Dünyanın 130-dan çox ölkəsindən 45 min peşəkar və həvəskar atletin qatıldığı marafonun təşkilatçıları hazırkı qeyri-müəyyən vəziyyətdə əlavə riskə getməyəcəklərini və ləğv olunan tarix əvəzinə bu il ərzində yeni bir tarix təyin etməyəcəklərini də bildiriblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]