Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 18 aprel (AZƏRTAC). Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (İMC Krems TEU) prezidenti Heinz Boyer və prorektoru Karl Kristian Ensfelner Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil ocağının rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov hər iki ali təhsil ocağı arasında bir neçə ildir uğurla davam edən əməkdaşlıqdan danışmışdır.
Görüşdə ATİ ilə İMC Krems TEU əməkdaşlığının daha geniş müstəvidə inkişaf etdirilməsi imkanları müzakirə olunmuş, qarşılıqlı əlaqələrin bundan sonra da davamlılığını təmin etmək üçün təkliflər dəyərləndirilmişdir. Hər iki ali təhsil müəssisəsi arasında mümkün yeni əməkdaşlığın perspektivləri müəyyənləşdirilmişdir.
Sonda TEU-nun prezidenti Heinz Boyer və prorektoru Karl Kristian Ensfelner ATİ ilə 2007-ci ildən ölkəmizdə ilk dəfə tətbiq olunan ikili diplom proqramı üzrə uğurlu əməkdaşlıqdan razı qaldıqlarını diqqətə çatdırmışlar.
Avstriyalı qonaqlar əməkdaşlıq çərçivəsində ATİ-də Azərbaycan-Avstriya Turizm Proqramı üzrə təhsil alan tələbələrlə də görüşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]