AVTOMAŞINI DİRƏYƏ VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində Elçin İsmayılov “QAZ-2410” markalı avtomaşını yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə avtomaşında olan sərnişin, şəhər sakini Qabil Məmmədov hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmişdir. Onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı təhqiqat aparılır.