Avtomobil yollarının kənarları yaşıllaşdırılır
Bakı, 3 mart, AZƏRTAC
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 350-351-ci və 360-363-cü kilometrlik hissələrinin, həmçinin Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun mühafizə zolaqlarında ağacəkmə kampaniyası həyata keçirilib.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin 50 nəfərdən artıq işçisinin və 5 ədəd maşın-mexanizmin cəlb edildiyi tədbirlər zamanı ərazilər kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Ümumilikdə sözügedən avtomobil yollarının kənarlarına 5 mindən artıq müxtəlif növ ağac basdırılıb.
Hazırda avtomobil yollarının kənarlarının yaşıllaşdırılması istiqamətində tədbirlər davam etdirilir.