Avtomobillərdən akkumulyator oğurlayan şəxslər tutulublar
Bakı, 15 mart, AZƏRTAC
Goranboy və Yevlax rayonlarında avtomobillərdən akkumulyator oğurlayan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 12-nə keçən gecə Dəliməmmədli şəhəri ərazisində Goranboy şəhər sakini E.Əşrəfova məxsus “KamAZ” markalı iki avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakinləri O.Məmmədzadə və əvvəllər məhkum olunmuş S.Qasımzadə Goranboy və Yevlax Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Barələrində aparılmış əməliyyat tədbirləri ilə onların N.Ələkbərova məxsus “KamAZ” markalı avtomobildən, martın 7-dən 9-dək olan müddətdə isə Yevlax rayon sakinləri M.Niftalıyevə, Q.Muxtarova məxsus traktorlardan və Z.Quliyevə məxsus “ZİL” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]