AZAL ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəli elan edir
Bakı, 19 aprel, AZƏRTAC
"Azərbaycan Hava Yolları" (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəli elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.
Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.
Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunub.
Sözügedən marşrutlar üzrə reyslər komfortlu “Embraer E-170/E-190” laynerləri ilə yerinə yetirilir.
Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq. Daha ətraflı məlumat üçün (+994 12) 598-88-80; *8880 telefon nömrələri ilə və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]