Azay Quliyev: Fransa insan hüquqlarından danışanda birinci özünə baxmalıdır
Bakı, 20 dekabr, AZƏRTAC
Fransa insan hüquqlarından danışanda birinci özünə baxmalıdır. Bütün dünya Fransanın iç üzünü görməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin dekabrın 20-də keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, Fransa bu gün Korsikada əvvəlki illərdə törətdiyi bəşəri cinayətləri təkrarlamaqda davam edir. Qanundan, insan hüquqlarından danışan bir ölkənin bu cür hərəkətləri yolverilməzdir və cinayətdir.
Bildirilib ki, Fransanın işğalçı Ermənistana dəstək verməsi məhz bu siyasətindən irəli gəlir.