Azərbaycan Ağırlıqqaldırma Federasiyasında gələcək yarışlara hazırlıq müzakirə olunub
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.
AAF-dan AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan millisinin təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və gələcək yarışlara hazırlıq səviyyəsi müzakirə olunub.
İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib. Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]