AZƏRBAYCAN AKROBATLARI UKRAYNADA ÜÇÜNCÜ OLMUŞLAR
Bakı, 2 mart (AZƏRTAC). Ukraynanın Vinnitsa şəhərində keçirilən akrobatika üzrə beynəlxalq turnir başa çatmışdır. Azərbaycan təmsilçiləri Ayla Əhmədova və Dilarə Sultanova cütlüyü böyüklərin yarışında üçüncü pillədə qərarlaşmışdır. İlk iki yeri müvafiq olaraq Belçika və Ukrayna komandaları tutmuşlar.
Digər həmyerlilərimiz Afaq Məhərrəmova və Pərizad Quliyeva cütlüyü yeniyetmələrin turnirində dördüncü pillədə yer almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]