Azərbaycan avarçəkəni: Olimpiya Oyunlarında iştirak etmək böyük hadisədir
Bakı, 3 avqust, AZƏRTAC
Dəstəyə görə çox sağ olun. Bəzi şeylər alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında XVII yeri tutan Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.
O, yarış zamanı psixoloji cəhətdən özünü toparlamağın və bacarığını göstərməyin çətin olduğunu bildirib: “Təəssüf ki, bu, məndə alınmadı. Çətinlik çəkdim. Fiziki cəhətdən yaxşı formada idim. Olimpiya Oyunlarında iştirak etmək böyük hadisədir. Lakin hər zaman daha çox şey qazanmaq istəyirsən. Birinci yarışda nəyinsə düzgün getmədiyi hiss olunurdu. Bunu dəyişdirməyə və toparlanmağa çalışdıq. Biz sadəcə maksimum nəticə əldə etmək niyyətində idik, əfsuslar olsun ki, bacarmadıq”.
13-18-ci yerlər uğrunda mübarizə aparan idmançı C finalında 2000 metr məsafəni 9 dəqiqə 10 saniyəyə qət etməklə yekun sıralamada 17-ci olub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]