AZƏRBAYCAN BOKSÇULARI DÜNYA ÇEMPİONATINDA NÖVBƏTİ GÖRÜŞLƏRİNİ DƏ UĞURLA BAŞA VURMUŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində gənclər arasında boks üzrə 6-cı dünya çempionatının növbəti görüşləri keçirilmişdir.
Gün ərzində müxtəlif ölkələri təmsil edən 72 idmançı 6 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Ölkəmizin idman şərəfini qoruyan Bəxtiyar Nadirov (50 kq) ikinci görüşünü də uğurla başa vuraraq özbəkistanlı Bunjod Maşpanova qalib gəlmişdir. 
52 kiloqram çəki dərəcəsində Azərbaycan idmançısı İlkin Ağayev Gürcüstan boksçusu Levan Kobilaşvili üzərində böyük xal üstünlüyü ilə qələbə qazanmışdır.
Digər idmançılarımızdan Heybətulla Hacəliyev (57 kq) israilli Ron Makovozu, Anar Cəfərov (63 kq) Qazağıstan təmsilçisi Serqey Skakunu, Malik Məmmədzadə isə (80 kq) isveçli Soni Peymanı məğlub etmişlər.
Ötən üç gün ərzində bütün boksçularımız rəqib üzərində qələbə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]