Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
Bakı, 16 mart, AZƏRTAC
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Tural Sarıyevlə (50 kiloqram) Əli Abdullayev (65 kiloqram) isə gümüş medala sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]