Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Cənubi Qafqazda yürüdülən çirkin siyasətin reallaşmasına imkan verməyəcək – deputat

Azərbaycan Cənubi Qafqazda yürüdülən çirkin siyasətin reallaşmasına imkan verməyəcək – deputat

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan öz xarici siyasətini, qonşu dövlətlərlə münasibətlərini milli maraqlar üzərində qurur, üçüncü tərəfin istək və arzuları əsasında formalaşdırmır. Başqa ölkələrin daxili məsələlərinə müdaxilə etmirik. Əksinə, istəyirik ki, xüsusilə də qonşu ölkələrdə sülh və sabitlik, iqtisadi inkişaf olsun. Bu, həm də regionumuzun inkişafı üçün vacibdir. Eyni zamanda, kənar dövlətlərin Cənubi Qafqazda gərginliyi artırmaq üçün təxribat xarakterli fəaliyyətlərinə göz yummaq, buna səssiz qalmaq niyyətində deyilik. Bütün dünya artıq Azərbaycanın xarici siyasət kursunun mahiyyətindən xəbərdardır və bizi müstəqil siyasət yürüdən önəmli aktor kimi qəbul edirlər. Düşünürəm ki, bu, ölkə rəhbərliyinin uzun müddət yürütdüyü düzgün, prinsipial siyasətin nəticəsində mümkün olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsini şərh edərkən bildirib.

Müsahibədə bir çox vacib istiqamətlərə aydınlıq gətirildiyini deyən deputat dövlətimizin başçısının ayrı-ayrı fundamental məsələlər barədə təfsilatlı, dolğun məlumatlar verdiyini, eyni zamanda, Cənubi Qafqazdakı və Azərbaycandakı prosesləri diqqətlə izləyən tərəflərə mesajlar çatdırdığını qeyd edib:

“Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan qüvvələri yenə məyus etdi. Ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrə dair suallara müfəssəl cavablar verən Prezident indiki mürəkkəb beynəlxalq şəraitdə qonşularla, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərin nəinki qorunub saxlanıldığını, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirildiyini bildirdi. 2022-ci ildə Moskvada Azərbaycan ilə Rusiya arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əməkdaşlığın ən yüksək formasıdır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qüvvədə saxlayıb. Rusiyanın regionları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Rusiyada Azərbaycan Prezidentinin siyasəti diqqətlə izlənilir, onun peşəkar siyasi fəaliyyəti, hərbi uğurları öyrənilir, ona böyük rəğbət bəsləyirlər. Rusiyanın dövlət xadimlərinin, regional rəhbərlərinin, politoloqların, jurnalistlərin, incəsənət nümayəndələrinin açıqlama və müsahibələrində biz bunu açıq görürük. Yalnız müstəqil və cəsarətli xarici siyasətlə bu rəğbəti qazanmaq mümkündür. Azərbaycan həm Rusiya, həm də NATO ölkəsi olan Türkiyə ilə strateji münasibətlər qurur. Artıq bütün tərəflər buna öyrəşiblər və reallığı qəbul edirlər. Prezident müsahibəsində müharibənin deyil, sülhün tərəfdarı olduğunu bir neçə dəfə ifadə etdi. Xüsusilə də bildirdi ki, NATO ilə Rusiya arasındakı münasibətlərin müharibə ilə nəticələnəcəyini güman etmir. Qeyd etdi ki, hər kəs bunun bütün dünya üçün fəlakətli nəticələrini dərk edir. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq”.

Mehriban Vəliyeva bildirib ki, Qərbin Rusiyaya qarşı artan sanksiyaları, təzyiqləri fonunda Bakının bu siyasətə alət olmaması, müstəqil mövqe sərgiləməsi, ədalətin, beynəlxalq hüququn yanında yer alması qərəzli tərəflərin maraqlarına cavab vermir: “Ona görə də ölkəmizə qarşı müxtəlif istiqamətlərdə cəbhələr açılıb. Görəndə ki, Bakını doğru bildiyi yoldan döndərə bilmirlər, Cənubi Qafqazdakı əlaltılarının - Ermənistanın vasitəsilə bizə təzyiq etməyə başladılar. İrəvanın Fransa, Hindistan və ABŞ ilə hərbi-texniki sahədə əməkdaşlığı, bu ölkəyə pulsuz öldürücü silahların verilməsi regional təhlükəsizliyi təhdid edir. Azərbaycan buna göz yuma bilməz və adekvat tədbirlər görməyə məcburdur. 2025-ci ildə hərbi büdcəmizin rekord həddə - 5 milyard dollar çatdırılması təsadüfi deyil. Prezidentin qeyd etdiyi kimi, təhdidlər olmasaydı, hərbi sahəyə bu qədər vəsait ayırmayacaqdıq. Bu pullar Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə ediləcək. Üç milyon civarında əhalisi olan, səfalət içərisində yaşayan Ermənistanın sürətlə silahlandırılması belə onun Azərbaycanla hərbi rəqabət aparmasına kifayət etməyəcək. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə Ermənistana verilən tarixi dərs hələ uzun müddət onların yadından çıxmayacaq və çıxmamalıdır da. Ermənistanın silahlandırılmasına baxmayaraq, Azərbaycan sülhün əldə olunması üçün səylərini davam etdirir. 17 maddəlik təkliflər paketindən 15-i razılaşdırılıb. Qalan iki maddədən biri başqa ölkələrin nümayəndələrinin sərhədimizdə yerləşdirilməməsidir. Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi haqlı olaraq narahatlıq doğurur. İlkin razılaşmaya görə, Ermənistanla sərhədə 40 nəfər yerləşdiriləcəkdi. Bundan sonra bu missiya birtərəfli qaydada genişləndirildi. Kanadanın da sonradan prosesə qoşulması ilə Aİ missiyası NATO missiyasına çevrildi. Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı dəyişiklik etmədən, ATƏT-in Minsk qrupu ləğv olunmadan qarantlı sülhdən və təhlükəsizlikdən söhbət gedə bilməz.

Razılaşdırılmamış digər maddə beynəlxalq iddialardan imtina ilə bağlıdır. Burada söhbət həm də 30 illik işğal dönəmində Azərbaycana vurulmuş 150 milyard dollarlıq zərərdən ödənilməsində imtinadan gedir. Göründüyü kimi, ölkəmiz kifayət qədər İrəvana güzəşt etdiyi halda, onlar müstəqil xarici siyasət yürüdə bilmədikləri üçün, Avropa müşahidəçilərə “get” deyə bilmirlər. Ermənistanın arxasında duran dövlətlər, xüsusilə də Fransa neokolonializmdən, natamamlıq kompleksindən əziyyət çəkir. Onlar istəyirlər ki, yenə də digər ölkələr onların sözü ilə oturub-dursun, qərarlarına tabe olsunlar. Eqoizm xəstəliyinə tutulan “qoca qitə” yeni reallıqlarla barışmaq zorundadır. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar, bu, onların şüurlarında dərin kök salıb”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində həm Ermənistan vasitəsi ilə, həm də Gürcüstanda siyasi gərginlik yaratmaqla Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyən qüvvələrə açıq mesajını çatdırdı. Azərbaycan həm milli, həm də regional maraqlarını qorumaq naminə öz müttəfiq qonşularının köməyi ilə Cənubi Qafqazda yürüdülən çirkin oyunların baş tutmaması üçün lazımi addımları atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

İraq onilliklər ərzində ilk dəfə Hörmüzdən neft daşıyıb

İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH

Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib

“Biləv” SES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq