Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı tədqiqatlar davam etdirilir
Bakı, 24 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ötən 6 ayda elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı tədqiqatlar davam etdirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi”, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi” mövzularında araşdırmalar aparılıb. Azərbaycanda informatikanın meydana gəlməsi, təşəkkülü və inkişaf mərhələləri araşdırılıb, müəyyən nəticələr əldə edilib. Rəqəmsal iqtisadiyyatın kiberdayanıqlılığının təmin edilməsi problemləri tədqiq olunub.
Texnoloji innovasiyaların təsiri ilə Azərbaycan dilində meydana gələn transformasiyalar, folklordan qaynaqlanan süni intellekt modellərinin müqayisəli analizi ilə bağlı araşdırmalar aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]