Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövlətinin müdaxiləsindən sonra Gürcüstan ərazisində saxlanılan azərbaycanlı sürücülərin problemləri həllini tapıb

Tbilisi, 27 noyabr, AZƏRTAC

Son günlər Azərbaycandan gələn yük maşınlarının Gürcüstan ərazisində qanunsuz saxlanılması barədə məlumatlar yayılır. Bəzi məlumatlara görə, hətta onların bəziləri 40 gündən çoxdur ki Gömrük Rəsmiləşdirilməsi idarələrində gözləyir. Saxlanılan avtomobillərin içərisində Gürcüstan ərazisindən tranzit kimi istifadə edənlər də var.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti ilə əlaqə saxlayıb və bəzi sürücülərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Səfirlikdən bildirilib ki, Azərbaycandan Avropaya tütün məmulatları aparan 3 yük maşını Gürcüstan ərazisində müəyyən qayda pozuntularına görə saxlanılıb. Səfirlik bu və digər faktlarla əlaqədar olaraq Gürcüstanın müvafiq dövlət orqanları ilə əlaqə saxlayıb. Müəyyən danışıqlardan sonra bu və digər səbəblərdən saxlanılan sürücülərin və avtomobillərin Gürcüstan sərhədindən keçərək təyinat nöqtəsinə getmələri artıq təmin olunur.

Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Tamar Andriadze isə bildirib ki, gömrük xidməti tam həcmdə və fasiləsiz fəaliyyət göstərir və bütün avtomobillərə standart prosedurlar tətbiq olunur: “Azərbaycan dövlət nömrə nişanlı maşınlar da eyni prosedurlardan keçir. Standart prosedurlar bitdikdən sonra bütün bu avtomobillər təyinat yerlərinə göndəriləcək. Artıq bu avtomobillərlə bağlı heç bir problem mövcud deyil. Departament rəhbəri əlavə edib ki, sürücülərin bəzi hallarda problemləri sənədləşmə və ya digər gömrük prosedurları ilə bağlı ola bilər.

"Mən konkret halda nəyin baş verdiyini deyə bilmərəm, amma ümumi olaraq bütün maşınlar, o cümlədən Azərbaycan dövlət nömrə nişanlı avtomobillər standart prosedurlardan keçir”, – deyə T.Andriadze bildirib.

Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi İdarəsində 42 gündür dayanan sürücü Sərdar Səmədov deyib ki, bu günə qədər burada gözləməsinin səbəbini ona dəqiq deyən yoxdur.

“Mən 10 ildir beynəlxalq yükdaşımaları ilə məşğulam. Hər zaman da demək olar ki, eyni yük daşıyıram və hər zaman da sənədlərim qaydasında olub. Müxtəlif dövrlərdə xırda problemlər yaşasam da, bu dəfə bizi həddindən çox saxlayıblar. Guya daşıdığım yükün - kremin tərkibində gümüş maddəsi var və bu da dövlət laboratoriyasında yoxlanılmalıdır. Azərbaycandan yenidən müvafiq sənəd gətiriblər, amma buna baxmayaraq, 42 gündür daşıdığım mallardan analiz üçün heç bir nümunə götürülmür və yoxlama aparılmır”, – deyə sürücü bildirib.

S.Səmədov Gürcüstan gömrük işçiləri və ya Dövlət Yol Polisi əməkdaşları tərəfindən hər hansı bir təzyiq və təhqirlə üzləşmədiyini bildirib.

Digər yük maşınının sürücüsü Pərvin Həsənov isə Azərbaycandan Yunanıstana xam tütün məhsulu daşıyır. O isə 21 gündür Tbilisidə gözləyir. Gözləməsinin səbəbi barədə ona heç bir məlumat verilmir: “Mən tranzit yükü daşıyıram, tranzit yükünün isə bu qədər saxlanılması beynəlxalq qanunlara ziddir. Artıq Avropadakı müştərilərimiz də narazılıq edirlər və bizimlə işləmək istəmirlər”.

Pərvin Həsənovun sözlərin görə, gömrük xidməti əməkdaşları əvvəl onlarla kobud rəftar edirdilər. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsələyə müdaxiləsindən sonra polis və gömrük əməkdaşlarının azərbaycanlı sürücülərə münasibəti dəyişib.

Tranzit yükdaşıması ilə məşğul olan digər sürücü Nizaməddin Mirzəyev də 20 gündür Tbilisi Gömrük Rəsmiləşdirilməsi İdarəsindədir. Ona da yükün saxlanılmasının səbəbi barədə məlumat verilmir.

“Mən 5 ildir ki beynəlxalq yükdaşıma ilə məşğulam. İndi də Poti limanından Litvaya minik avtomobili aparıram. İlk dəfədir ki, belə bir problem yaşayıram. Gömrük və dövlət yol polisi əməkdaşları azərbaycanlı sürücülərlə kobud rəftar edirlər. Səbəbini soruşanda isə daha əsəbi və sərt mövqe nümayiş etdirirlər.

Gömrük ərazisində saxlanılan digər sürücü Fərqani Vüsal Fəxrəddin oğlu da eyni problemi yaşayır: “Artıq bir neçə gündür buradayam, saxlanılmağımın səbəbi isə gömrük bəyannaməsinin guya düzgün doldurulmamasıdır. Biz bu sənədi hər dəfə necə lazımdırsa, yəni qanunun tələbinə uyğun tərtib edirik. Bu dəfə hansı səbəbdən və sənəddəki yanlışlığın nədən ibarət olması barədə məlumat verilmir. Sadəcə olaraq, “gözləyin, sənədlərinizə baxılır və sizə məlumat veriləcək” deyib bizi qapıdan uzaqlaşdırırlar”, – deyə sürücü vurğulayıb.

Qeyd edək ki, azərbaycanlı sürücülər son günlər eyni problemi Batumidə də yaşayırlar. Saxlanılan sürücülərdən Balay Allahverdiyev deyir ki, son bir ay ərzində 70-dən çox yük maşını saxlanılıb və bəziləri hətta geri qaytarılır. Bəzi sürücülərin isə pasportları alınıb və geri qaytarılmır. Heç bir səbəb göstərilmir.

O deyib: “Sürücülərimiz tam anlaşılmazlıq içərisindədirlər. Gömrük əməkdaşlarına yaxınlaşıb “biz tranzit yükü daşıyırıq, indi nə edək, necə edək?” deyəndə isə bizə “gedin TRIPP dəhlizindən keçin” deyirlər”.

Məlumat üçün bildirək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra həm Tbilisidə, həm də Batumidəki gömrük rəsmiləşdirilməsi idarələrindən xeyli yük avtomobili öz marşrutları üzrə yola salınıblar. Sürücülər bu köməyə, dəstəyə və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq edirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib