Azərbaycan gəncləri qlobal kampaniyada fəal iştirak edirlər
Bakı, 10 oktyabr (AZƏRTAC). “İRƏLİ” İctimai Birliyinin üzvləri qlobal istiləşmə və iqlim problemlərinə diqqəti cəlb etmək və birgə çıxış yolu tapmaq məqsədi ilə qeyd olunan dünya “Global Work Party” kampaniyasına qoşulmuşlar.
Oktyabrın 10-da bu əlamətdar günlə bağlı “Yaşıl düşün” adı altında tədbir keçirilmişdir. Bildirilmişdir ki, məqsəd Azərbaycan gənclərinin yalnız lokal deyil, eyni zamanda qlobal problemləri daim diqqət mərkəzində saxladığını və hər zaman fəaliyyətə hazır olduğunu sübut etməkdir.
Ekologiya və qlobal istiləşmə ilə bağlı ekspertlər tərəfindən gənclərə treninqlər keçirilmiş, iqlim problemlərindən bəhs edən təqdimatlar olmuş, XXI əsrdə ekoloji problemlərdən bəhs edən film nümayiş etdirilmişdir.
Gün ərzində davam edəcək kampaniya çərçivəsində təmizlik aksiyası təşkil olunacaq, şəhərdə ekoloji problemləri əks etdirən bukletlər paylanacaq, əhali arasında ekologiya ilə bağlı sorğular keçiriləcəkdir.
Kampaniya Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərlərində də təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]