AZƏRBAYCAN İRANA YENİDƏN DİZEL YANACAĞI İXRAC ETMƏYƏ BAŞLAMIŞDIR
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Marketinq və İqtisadi Əlaqələr İdarəsinin xətti ilə İrana yenidən dizel yanacağının ixracına başlanmışdır. Cari ilin əvvəlindən indiyədək bu ölkəyə 10 min ton dizel yanacağı göndərilmişdir. İxrac məsələsi ilə Sinqapurun “Petrofarm” şirkəti məşğul olur.
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə demişlər ki, İrana dizel yanacağının satışı 1998-ci ildə müvəqqəti olaraq dayandırılmışdı. Lakin dörd ay bundan əvvəl bu sahədə ticarət əlaqələri bərpa edilmiş və şirkətlərimiz İrana 25 min ton benzin daşımışdır.
Azərbaycanın qonşu dövlətə digər neft məhsulları da satmağa imkanı vardır.