Azərbaycan karateçisi Parisdə beynəlxalq turnirin gümüş medalını qazanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Milli komandamızın favoritlərindən İrina Zaretska (68 kq) Parisdə karate üzrə 1-ci kateqoriyalı Premyer Liqa yarışında gümüş medal qazanıb. Niyazi Əliyev (67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib.
AZƏRTAC xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan yarışda milli komandamızın bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (84 kq-dan yuxarı) isə zədə üzündən mübarizəni davam etdirə bilməyib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-nin Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollanan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]