AZƏRBAYCAN KLASSİK MUSİQİSİNİN BANİSİ ÜZEYİR HACIBƏYLİNİN XATİRƏSİ ALMANİYADA EHTİRAMLA ANILMIŞDIR
Bakı, 18 sentyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, sentyabrın 18-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 124 illiyi münasibətilə tədbir keçirilmişdir.
“Xalq musiqisi tükənməz bir xəzinədir” şüarı altında təşkil olunacaq tədbirdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra səsləndirilmiş, Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Ramil Fərzəliyev qonaqlara hər il ölkəmizdə keçirilən “Üzeyir musiqi günü” ilə bağlı məlumat vermişdir.
AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova “Üzeyir Hacıbəylinin irsi”, Potzdam Universitetinin doktorantı Maisə Əliyeva isə “Üzeyir Hacıbəylinin həyat pillələri” mövzusunda çıxış etmişlər.
Qeyd edək ki, tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]