Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Sabah” ikinci mərhələsində Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.
“Neftçi” ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" komandasını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
“Qəbələ” Kiprin "Omoniya" klubunu məğlub etsə, növbəti mərhələdə "Midtullan" (Danimarka) - “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-17-də keçiriləcək. “Sabah” və “Qəbələ” ilk matçlarını evdə, “Neftçi” isə səfərdə oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]