AZƏRBAYCAN KOMANDASI BEYNƏLXALQ CÜDO TURNİRİNİN QALİBİ OLMUŞDUR
Bakı, 13 may (AZƏRTAC). “ABU Arena” idman kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri başa çatmışdır. Turnirdə 500-dək Azərbaycan, Türkiyə, İran, İsrail, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan və Rusiya idmançıları mübarizə aparmışlar. Azərbaycan və Rusiya turnirdə iki komanda ilə təmsil olunmuşlar.
Qızların turnirində qızıl medallara Vəsilə Əmirova (36 kq-Azərbaycan), Quranda Şotodze (40 kq-Gürcüstan), Nəzakət Xəlilova (52 kq-Azərbaycan), Şotho Beridze (57 kq - Gürcüstan), Günay Əliməmmədli (63 kq-Azərbaycan), Tioma Şokitaşvili (70 kq-Gürcüstan) və Yelena Kexadze (70 kq-dan yuxarı-Gürcüstan) layiq görülmüşlər.
Oğlanların yarışında isə Nəsimi Umbayev ən yaxşı nəticəni (46 kq-Azərbaycan), Kənan Quliyev (50 kq-Azərbaycan), Musa Xəlilli (55 kq-Azərbaycan), Arif Şahlarov (60 kq-Azərbaycan), İslam Əliyev (66 kq-Rusiya), Kamil Qadciyev (73 kq - Rusiya), Maqomedramin Qazoyev (81 kq-Rusiya), Cümşüd Qasımlı (90 kq-Azərbaycan), Georgi Uxadze (90 kq-dan yuxarı-Gürcüstan) göstərmişlər.
Komanda hesabına görə Azərbaycan yığması 10 qızıl, 16 gümüş və 21 bürünc medalla turnirin qalibi olmuşdur. Gürcüstan komandası ikinci, Rusiya yığması isə üçüncü yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]