Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mətbəxinin ləziz təamları

Bakı, 26 dekabr, Emil Eyyubov, AZƏRTAC

Biz Azərbaycanda turistləri daha çox cəlb edən yeməklər və məhsullar barədə söhbətimizi davam etdiririk.

Xəngəl

Qafqazda ən populyar yeməklərdən biri xəngəldir. Onun çeşidləri çoxdur. Azərbaycan xəngəli onların heç birinə bənzəmir. Buna görə də Azərbaycan xəngəli barədə ayrıca danışmaq lazımdır.

Azərbaycan xəngəlini bişirmək üçün qiymələnmiş yumşaq qoyun əti soğanla birlikdə yağda qızardılır. Xəmir yoğrulur, kündələnib nazik yayılır, yarpaq şəklində kəsilir və qaynayan suda bişirilir. Sonra buğlanan xəngəl yarpaqları boşqaba düzülür, üzərinə qızardılmış qiymə qoyulur, sürtgəcdən keçirilmiş pendir və darçın səpilir. Sarımsaqlı qatıqla birlikdə süfrəyə verilir.

Xəngəl milli yeməklərimizin təqdim olunduğu bütün kafe və restoranların menyusuna daxildir.

Mağazaların çoxunun çörək-bulka məmulatı satılan şöbələrində qurudulmuş xəngəl yarpaqları satılır. Yaxınlarını dadlı-ləzzətli Azərbaycan xəngəlinə qonaq etmək istəyən turistlər bu yarpaqları alıb özləri ilə aparırlar.

Ləvəngi

Ləvəngi Azərbaycanda ən çox sevilən təamlardan biridir. Balığın, yaxud toyuğun içi qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət içlik - ləvəngi ilə doldurulur. Ləvənginin hazırlanmasının müxtəlif variantları var. Ənənəvi içliyə bəzən kişmiş və başqa əlavələr də edilir. Lakin ən dadlısı təndirdə bişirilmiş klassik ləvəngidir. Təndirdə ləvəngi əsasən Azərbaycanın cənub bölgəsində - Astarada, Lənkəranda və Masallıda bişirilir.

Balıq ləvəngisi adətən kütümdən hazırlanır. Lakin istər təndirdə, istərsə də mətbəx sobasında hazırlansın, ətri dünyanı bürüyür, dadından-ləzzətindən doymaq olmur.

Bakıdakı və bölgələrdəki restoranların çoxu öz müsafirlərinə ləvəngi təklif edir.

Piti

Piti Azərbaycan milli mətbəxinin vizit kartlarından biridir. Saxsı qablarda ən azı səkkiz saat dəmdə bişirilir. Ən dadlı piti Şəki pitisi sayılır. Şəki pitisi Şəkinin özü qədər bənzərsizdir.

Piti bişirmək üçün bir gün əvvəl noxud suda isladılır. Quzu budunun yumşaq əti və soğan doğranılır. Sonra hər birinin tutumu 300 qram olan saxsı qablar götürülür. Onların dibinə əvvəlcə gavalı, sonra isladılmış noxud, təqribən 100 qram ət, ən sonda isə qabın ağzı ölçüsündə, yastı şəkildə kəsilmiş quyruq qoyulur. Sonra iri duz və istiot səpilir, içərisinə soyuq su doldurulur. Bərk qızdırılmış sobanın üzərinə qoyulur. Pitinin suyu qaynayana qədər iki dəfə kəfi yığılır, sonra hər piti qabına iki qaşıq doğranmış soğan əlavə edilir. Kəfi bir dəfə də yığılandan sonra ağızları qapaqla örtülür. Ləzzətli olması üçün ən azı səkkiz saat çox zəif odda bişirilir. Bu müddət ərzində arabir üzərinə su əlavə edilir. Yalnız süfrəyə verilməzdən bir neçə dəqiqə əvvəl hər piti qabına zəfəran qatılır.

Piti adətən lavaş, şoraba və sumaxla yeyilir. Ona turşməzə dad verən sumax qan üçün çox faydalıdır. Piti iri kasada xüsusi qaydada yeyilir. Əvvəlcə kasaya pitinin suyu boşaldılır. Suyu içiləndən sonra noxud və qoyun əti qoyulur və yaxşıca qarışdırılaraq isti-isti yeyilir.

Hazırda təkcə Şəkidə deyil, Azərbaycanın digər bölgələrinin kafe və restoranlarında da qonaqlara piti təklif olunur.

Qutab

Qutab Azərbaycanda ən çox sevilən yeməklərdəndir. Təəccüblü deyil ki, bu doyumlu təamın çeşidləri də çoxdur: göy qutabı, ət qutabı, qarın qutabı, balqabaq qutabı, Corat qutabı. Bəzi bölgələrdə qutaba kətə deyilir. O, bəzən şor və ya pendirlə də bişirilir. 

Klassik qutabın hazırlanması qaydası belədir: nazik yayılmış xəmirin üzərinə boşqab qoyularaq dairəvi kəsilir, hər bir dairənin bir tərəfinə qiymələnmiş qoyun əti, soğan, habelə nar dənələri, yaxud lavaşanadan ibarət içlik qoyulur. Sonra xəmir aypara şəklində bükülür və hər iki tərəfi yağda qızardılır. Süfrəyə veriləndə üzərinə sumax əlavə edilir.

Mövsümi göyərtidən hazırlanmış göy qutabı da çox populyardır. Bəzi regionlarda, məsələn, Qusar rayonunda göyərtiyə duzlu pendir əlavə edilir. Həmin qutabların ölçüsü standart qutab ölçüsündən böyükdür. Gəncədə qutabı kətə adlandırırlar. Gəncə kətəsi ət və ya göyərti ilə hazırlanır, bəzən ağ pendir əlavə olunur. Süfrəyə verəndə adətən kəsilir və üzərinə sumax səpilir.

Dovğa

Əgər ayran bir çox ölkələrdə geniş yayılıbsa, dovğa yalnız Azərbaycanda bişirilir. Dovğa bir gün əvvəl suda isladılmış noxud, müxtəlif növ ətirli göyərti və düyü əlavə edilməklə qatıqdan bişirilən milli yeməkdir. Bəzən dovğaya kiçik küftələr də qatılır. Dovğa həm isti, həm də soyuq halda yeyilir. 

Hazırda dovğa sənaye üsulu ilə də hazırlanır, qablaşdırılır, supermarketlərin ağartı məhsulları şöbələrində satılır. Odur ki, dovğa yemək üçün restorana getməyə ehtiyac yoxdur.

Saciçi

Saciçi öz adını bir tərəfi qabarıq, digər tərəfi isə çökək, sac adlanan iri dəyirmi tavadan götürüb. Saciçi adətən açıq havada sacda müxtəlif tərəvəz və ədviyyatla qızardılan ət yeməyidir. Onun hazırlanması üçün quzu əti, kartof, badımcan, pomidor və soğan götürülür. Əlbəttə, bu yeməyin başqa çeşidləri də var. Məsələn, bəzən quş ətindən, balıq və dəniz məhsullarından, yaxud sadəcə tərəvəzdən də saciçi hazırlanır. Sacın forması sayəsində burada yemək tez bişir və çox ləzzətli olur. Xırçıltılı qabıqla örtülən ət və tərəvəzin içi çox yumşaq və ləzzətli olur. 

Bu yemək elə sacda buğlana-buğlana süfrəyə gətirilir. Bəzən altına odluq da qoyulur. Onda yemək isti qalır, içindəkilər isə istinin təsiri altında bişməyə davam edir və daha dadlı olur.

Plov

Azərbaycanın şah yeməyi olan plovun növlərini saysan bitməz. Azərbaycan süfrəsinin ən ləziz təamı həm süzmə, həm də çəkmə şəklində bişirilir. Turşu qovurma plov, səbzi plov, çığırtma plov, şüyüdlü plov, paxla plov, mərci plov, döşəmə plov ən geniş yayılmış plov növləridir. Plovun süzmə növlərini hazırlamaq üçün yuyulmuş düyü əvvəlcə islağa qoyulur, sonra duzlu suda bir az qaynadılır, süzülür, qazmaq üçün xəmir yoğurulur, yayılaraq qazanın dibinə sərilir, düyü təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Sonra düyü dəmə qoyulur. Düyü dəm aldıqca altındakı xəmir bişərək çox dadlı, xırçıltılı qazmağa çevrilir. Plov üçün ət, şabalıd, ərik qurusu, kişmiş, bəzən göyərtidən qara hazırlanır. Plov və qara süfrəyə ayrı-ayrı qablarda verilir. Boşqaba əvvəlcə plov çəkilir, sonra üzərinə qara qoyulur. Yazda çox vaxt səbzi plov hazırlanır.

Gəncəlilər şah plovun hazırlanmasının ustasıdırlar. Adətən bayram süfrələrini bəzəyən bu plovun adı onun Şərq hökmdarlarının tacını xatırladan formasından qaynaqlanır. Adi plovdan fərqli olaraq şah plov süfrəyə bağlı şəkildə gətirilir. Düyü və qara qazanda xəmirin içində, yəni bir növ içində ətirli plov olan böyük piroq şəklində bişirilir.

Şirniyyat

Azərbaycan şirniyyatı bütün dünyada məşhurdur. Milli mətbəximizdə undan hazırlanan şirniyyat məmulatının 30-dan çox növü var. Şəkərbura, paxlava, şorqoğal, şirin qoğal, bamiyə, şəkərçörək, badambura, daha neçə-neçə şirniyyat növü heç bir turisti biganə qoymur. 

Ən çox sevilən şirniyyat növlərindən biri paxlavadır. Ağızda əriyən bu şirniyyatın müxtəlif çeşidləri var: Bakı paxlavası, Quba paxlavası, Gəncə paxlavası, Şəki paxlavası. Şəki paxlavası düyü unundan, üyüdülmüş, ədviyyat əlavə edilmiş qozdan, ballı, yaxud şəkərli şirədən hazırlanır. Bakı paxlavasının hazırlanması üçün buğda unu götürülür. Paxlava xəmiri yoğurularaq kiçik kündələrə ayrılır, yuxa şəklində yayılır, yağlanmış tavanın içinə sərilir. Hər bir yuxa yağlanır, üzərinə üyüdülmüş qoz (badam və ya fındıq), şəkər və ədviyyatdan ibarət içlik səpilir, sonra üzərinə digər yuxa sərilir. Beləliklə, 10-12 yuxa qat-qat yığılır, sonra romb şəklində kəsilir, hər birinin ortasına qoz (badam, yaxud fındıq) qoyulur. Bişmə zamanı üzərinə yağ və şirə gəzdirilir. Gənc paxlavası Bakı paxlavasını xatırladır. Lakin onun xəmirinə mütləq gülab əlavə edilir. İçlik üçün qozun qabığı təmizlənir. Buna görə də paxlava ağıq rəngli alınır.

Şəkərbura kövrək xəmirdən hazırlanır. İçərisinə üyüdülmüş, şəkər və ədviyyat qatılmış qoz-fındıq qoyulur. Badambura isə qat-qat xəmirdən bişirilir. İçərisinə üyüdülmüş və şəkər qarışdırılmış badam qoyulur.

Həm uşaqların, həm də böyüklərin sevdiyi daha bir şirniyyat bamiyədir. Bu şirniyyat duru xəmirdən hazırlanır. Xəmir qırçınlı başlıq taxılmış torbaya doldurulur, orta böyüklükdə bamiyələr sıxılır, tavada zəif odda hərtərəfli qızardılır, dərhal soyuq şərbətin içərisinə atılır və beş dəqiqə sonra şərbətin içərisindən çıxarılaraq qaba düzülür.

Konservlər

Elə ölkələr var ki, orada konservlər çoxdan turizm məhsuluna çevrilib. Məsələn, Portuqaliyada çox gözəl qablaşdırılmış balıq konservlərinin satıldığı mağazalar var. Latviyadan gedən qonaqlar özləri ilə Riqa şprotları alıb aparırlar. 

Azərbaycanda da konservlər gündəlik tələbat məhsuludur. Bu konservlərin keyfiyyəti və çeşidi imkan verir ki, ölkəmizə gələn qonaqlar onları alıb Azərbaycan mətbəxinin dadını özləri ilə bərabər aparsınlar.

Məsələn, mağazaların çoxunun piştaxtalarında manqal-salat satılır. Konservin içində xırda-xırda doğranmış və kömür üzərində bişirilmiş badımcan, pomidor, bibər və digər tərəvəz var. Bundan əlavə, badımcan kürüsü, qabaq kürüsü, fal-fal doğranıb qızardılmış badımcan, tərəvəz qovurması, zoğal turşusu, yarpaq dolması, düşbərə, xəngəl də almaq olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir