AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Avropa Yenidənqurma və İnkişaf Bankının /AYİB/ maliyyələşdirdiyi Azərbaycan Mikromaliyyəşdirmə Bankının /AMB/ açılış mərasimi olmuşdur. İndi Azərbaycanın kiçik müəssisələri bankın fəaliyyəti sayəsində kredit ala biləcəklər. AMB onlara bir sıra maliyyə xidmətləri göstərəcək, kommersiya kreditləri verəcək, digər bank xidmətlərini yerinə yetirəcək, o cümlədən cari və əmanət hesablaşmaları, habelə beynəlxalq hesablaşmalar aparacaqdır. Bankın funksiyalarına təklifləri nəzərdən keçirmək və kiçik müəssisələrə, ayrı-ayrı sahibkarlara 250 dollardan 100 min dollaradək kredit ayırmaq daxildir. Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı AMB-nin nizamnamə kapitalına əlavə vəsait qoymuş, ilkin xərcləri ödəmək üçün isə Avropa Birliyinin TASİS proqramı xətti ilə 1,8 milyon avro ayrılmışdır.
Avropa Yenidənqurma və İnkişaf Bankı AMB-yə 1,25 milyon ABŞ dolları həcmində səhm kapitalı qoymuşdur, kiçik müəssisələri gələcəkdə də kreditləşdirmək üçün isə 5 milyon dollar məbləğində kredit ayırmağı nəzərdə tutur.
AMB bu yaxınlarda Azərbaycanın müxtəlif şəhər və rayonlarında özünün filial və şöbələrini açmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]