Azərbaycan millisi Bolqarıstana qalib gəlib

Bakı, 15 mart, AZƏRTAC
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.
Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, millimiz qrupda son oyununu martın 18-də saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:45]
Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum olub
- 25.04.2025 [16:42]
Azərbaycan “Qlobal Kiberidman Tur” adlı tədbirə ev sahibliyi edə bilər
- 25.04.2025 [16:12]
"Azərreyl"in kişi voleybol komandası da Azərbaycan çempionu olub
- 25.04.2025 [15:30]