Azərbaycan millisinin məşqçisi: Ramil Şeydayev doğru seçim etdi
Bakı, 18 yanvar, AZƏRTAC
“Şeydayevin Türkiyə klubunu seçməsinin səbəbini özündən başqa heç kim bilə bilməz”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Ramil Şeydayevin Türkiyənin “”Kocaelispor” komandasına keçidi bağlı danışarkən deyib.
Mütəxəssis 28 yaşlı futbolçunun seçiminin doğru olduğunu bildirib: “Tailand və Türkiyənin I Liqasını müqayisə etsək, qardaş ölkə çempionatının səviyyə baxımından yüksək olduğunu görərik. Eləcə də nəzərə alaq ki, “Kocaelispor” Superliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Ən vacibi odur ki, Ramil klubsuz qalmayacaq və formasını qorumaq üçün meydanda olacaq, məşqlər edəcək. İndi öz üzərində işləyib əsas heyət üzvü olmalıdır. Ona inanıram. Karyerasında açdığı yeni səhifədə ona uğurlar arzulayıram”.
Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev ötən gün “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]