Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubuna keçib
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev Kosovonun “Lapi” komandasına keçib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Təcrübəli oyunçu ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”ın, Yunanıstanda “Panionios”, Kiprdə “Anortosis” və “Etnikos”, Türkiyədə “Boluspor” komandalarının formasını geyinib.
Onun son klubu isə 2021/22 mövsümündə çıxış etdiyi "Sumqayıt" olub.