Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan müasir dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb

Azərbaycan müasir dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb

Çox da uzaq olmayan keçmişdə dünya Azərbaycan adlı bir məmləkətin varlığından, demək olar, xəbərsiz idi. Bəzən ona saymazyana yanaşıldığının, ciddi əhəmiyyət verilmədiyinin də şahidi olurduq. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonrakı iki-üç il bu baxımdan itirilmiş illər hesab edilə bilər. Xatırlayıram ki, hətta bəzi əcnəbi jurnalistlər belə Azərbaycan adını eşidəndə çiyinlərini çəkirdilər. Yəni, ölkəmiz barədə heç elementar təsəvvürə malik deyildilər. Açığını deyək ki, bu, bir çoxları kimi, məni də təsirləndirir, qəlbən incidirdi. Belə bir vaxtda Ulu Öndərimiz Azərbaycan səmasında günəş tək parladı. Onun parlaq ziyası Azərbaycanı nura boyadı və dünyaya yeni biçimdə təqdim etdi.

Müasir dünyada Azərbaycanın yerini və rolunu

müəyyən edən əsas trendlər

Bu gün müstəqil xarici siyasət yürüdən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət olan ölkəmiz özünün çoxşaxəli və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal tərəfdaşa çevrilir, müasir beynəlxalq münasibətlər sistemində, dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləyir.

Qazanılan nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və müdrikcəsinə düşünülmüş xarici siyasət kursu dayanır. Bu strategiya sayəsində müstəqil Azərbaycan tarixi baxımdan çox qısa bir müddətdə beynəlxalq münasibətlər sistemində layiqli yer tuta bilib, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Beynəlxalq birliyin ən fəal üzvlərindən biri kimi dünyada münasibətlər nizamının, sülhün və ədalətin, humanitar dəyərlərin yeni modellərinin formalaşmasında, regionun və Avropanın enerji təhlükəsizliyində, qitənin idman ənənələrinin bərpasında mühüm rol oynayır. Zənnimcə, yuxarıda qeyd olunan dörd amil Azərbaycanın müasir dünyada yerini və rolunu müəyyən edən əsas trendlərdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində rolundan çox danışıldığı və yazıldığı üçün əsasən digər üç amil üzərində dayanmaq istərdim.

Beynəlxalq sülhə və təhlükəsizliyə

Azərbaycanın töhfələri

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dünyaya inteqrasiyasına, xüsusən nüfuzlu beynəlxalq qurumlarda təmsilçiliyinə böyük önəm verirdi. Çünki gənc dövlətin dünya arenasına çıxması, daha geniş tanınması baxımından bu, olduqca vacib idi.

Bu istiqamətdə atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəklədi. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında prioritet məqsəd kimi qarşıya qoyan Azərbaycan iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirdi, öz sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verdi, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəallıq göstərdi və daim qətiyyətli mövqeyini ortaya qoydu.

Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü müddətində Azərbaycanın böyük əhəmiyyət verdiyi aktual məsələlər sırasında olub.

Təhlükəsizlik Şurasının 2012-ci il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən yüksək səviyyəli iclasında terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər, terrorla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub və mühüm qərarlar qəbul edilib.

Azərbaycanın müasir dünyada nüfuzunun və önəminin artdığını təsdiq edən daha bir fakt: BMT-nin tarixində ilk dəfə olaraq məhz ölkəmizin təşəbbüsü ilə Təhlükəsizlik Şurasının “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. BMT rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik üzvlüyü dövründə bu təşkilatın sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət strategiyasının digər mühüm uğuru Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi oldu. Ölkəmiz bu quruma sədrliyi dövründə geosiyasi səhnədə beynəlxalq münasibətlər sisteminin regional liderinə çevrildiyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyev 2014-cü il iyunun 14-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı nitqində Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni şərh edərək deyib: “Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayırıq. Nə qədər uğurlu olarıqsa, sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilərik”.

Bir sıra nüfuzlu politoloqlar da bu fikirdədir ki, Azərbaycan regionda və dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb. Yerləşdiyimiz coğrafiyanın və sahib olduğumuz humanitar dəyərlərin şərtləndirdiyi bu platforma artıq dünyada sivilizasiyalararası dialoqun Azərbaycan modeli kimi tanınır. Azərbaycan indiyədək müasir humanitariyanın gündəliyini formalaşdıran, aktual problemlərin həlli yollarını müəyyənləşdirən dörd Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Dünya Davos Forumuna, III Qlobal Bakı Forumu və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

Multikulturalizm - Azərbaycanın vizit kartı

Azərbaycan bu gün tolerantlığın hökm sürdüyü, müxtəlif xalqlar və dinlər arasında münasibətlərin harmoniya təşkil etdiyi ölkə kimi tanınır. Ümummilli lider Heydər Əliyevin vaxtilə böyük önəm verdiyi bu milli mənəvi dəyərlərə müasir kontekstdə yanaşsaq, nələri görə bilərik?

Yaşadığımız müasir dünyada müxtəlif mədəniyyətlər arasında münasibətlərin tamamilə yeni formaları yaranır. Bəşəriyyətin dəyərlər sistemində struktur dəyişiklikləri baş verir, sivilizasiyalar arasında dialoqun mahiyyət etibarilə tam yeni mexanizmləri təşəkkül tapır. Bu proseslər sürətlə qloballaşan dünya nizamının humanitar əsasını təşkil edir və ümumbəşəri dəyərlərin təkamülü şəraitində daha səmərəli humanitar platforma yaradılması zərurəti qarşıya çıxır. Zaman özü tələb edir ki, bu platforma üzərində sivilizasiyalar təmas nöqtələri tapsınlar, effektiv dialoqa və qarşılıqlı anlaşmaya mane olan fərqləri aradan qaldıra bilsinlər. Bu çağırışların diktə etdiyi mədəniyyətlərarası mübadiləyə olan ehtiyacı zamanında dəyərləndirən Azərbaycan humanitar əməkdaşlığın yeni gündəliyinin işlənib hazırlanması təşəbbüsü ilə çıxış edib. Təsadüfi deyil ki, belə aktual gündəliyin işlənib hazırlanmasında mühüm rol oynayan Bakı Beynəlxalq Humanitar forumlarına maraq getdikcə artır, onun auditoriyası dünyanın nüfuzlu siyasət və dövlət xadimlərinin olduqca böyük kontingentini əhatə edir.

Humanitar forumların keçirilməsi üçün nəyə görə məhz Azərbaycanın seçilməsini şərtləndirən amilləri Prezident İlham Əliyev çox gözəl izah edib: “Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər”.

Bu baxımdan İtaliyanın “Globalist” xəbər portalında verilmiş “Hər kəsin yaşaya biləcəyi bir ölkə” sərlövhəli məqalədə səslənən fikirləri də diqqətə çatdırmaq yerinə düşər: “Azərbaycan bütün mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin dostluq şəraitində, bir ailə kimi mehriban yaşadığı modern ölkədir. Bu ölkə dünyada cərəyan edən mənfi proseslərə müsbət və konstruktiv töhfə verə biləcək təcrübəyə malikdir”.

Beynəlxalq humanitar tədbirlərin iştirakçılarından belə bir fikri indi tez-tez eşitmək olar: multikulturalizm Azərbaycanın vizit kartıdır. Azərbaycan dünyada Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyi yeganə ölkədir. Multikulturalizm termini nisbətən yaxın vaxtlarda yaranıb. Amma Azərbaycanda xalqlar neçə əsrdir ki, multikulturalizm şəraitində yaşayırlar. Elə buna görə də Bakı Beynəlxalq Humanitar forumlarında həmişə əsas müzakirə mövzularından biri məhz multikulturalizm olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir.

Bakı Beynəlxalq Humanitar forumlarının yekunlarını şərh edən mütəxəssislərin fikirlərini ümumiləşdirərək bu qənaətə gəlmək olar: Sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında fundamental dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanitariyanın yeni platformasını formalaşdırmaq zərurətini yaradır ki, bu məsələdə Azərbaycan müasir dünyada mühüm rol oynayır.

Son vaxtlar belə fikirlər də tez-tez səslənir ki, qloballaşma mədəniyyətlərin bənzərsizliyi üçün təhdid mənbəyidir və guya bu ideya transmilli korporasiyalar tərəfindən məxsusi mədəni ekspansiya məqsədilə ortaya atılıb. Qloballaşmanın bu cür izahının tərəfdarları bir aşkar məqamı görmək istəmirlər: Müasir dünya daim ünsiyyətdə olan, qarşılıqlı fəaliyyət şəraitində yaşayan çoxsaylı xalqlar, fərqli dinlər, mədəniyyətlər deməkdir. Bu qarşılıqlı fəaliyyətin spesifikası bir tərəfdən müxtəlif mədəniyyətlərin nümayəndələri arasında açıq münasibətlər olmasını tələb edirsə, digər tərəfdən hər bir xalqın qarşısında identikliyini qoruyub saxlamaq vəzifəsi dayanır. Beləliklə, qloballaşmaqda olan dünyada millətlərarası, konfessiyalararası ünsiyyət strategiyası insani münasibətlərin bu mürəkkəb sahəni ekstremizmə, irqçiliyə, şovinizmə və qarşıdurmaya zidd olaraq multikulturalizm və tolerantlıq əsasında tənzimləyən hüquqi, əxlaqi və sosial normalara əsaslanmalıdır. Azərbaycan da məsələyə elə bu kontekstdən yanaşır.

Adətən multikulturalizm anlayışı müxtəlif sosial subyektlərin (dövlət, özəl və qeyri-hökumət təşkilatlarının), fərqli mədəniyyətlərin bərabərhüquqlu inkişafına, ictimai həyatın bütün sahələrində əhalinin müxtəlif qruplarına münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasına, bərabər hüquqların təmin edilməsinə yönəlmiş ideyalar və hərəkətlər kompleksini ifadə edir. Başqa sözlə desək, multikulturalizm həm ayrıca götürülmüş bir ölkədə, həm də bütövlükdə qloballaşan dünyada müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğuna şərait yaradılması deməkdir. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, multikulturalizm təkcə etnik doktrina deyil, eyni zamanda, açıq cəmiyyət formalaşdırılmasına kömək etməyə çalışan ölkələr üçün səciyyəvi olan strateji proqram, dövlət siyasəti deməkdir. Beləliklə, multikulturalizm və tolerantlıq bir-biri ilə sıx bağlı, lakin identik olmayan anlayışlardır. Dünyada polietnik, çoxkonfessiyalı və tolerant ölkə kimi tanınan Azərbaycanda cəmiyyətdə multikulturalizm və tolerantlıq məsələlərinə çox həssaslıqla yanaşılır, bu dəyərlərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bu, göründüyü kimi, qeyd olunan problemlərlə üzləşən dünyanın nəzərindən yayınmır.

Azərbaycan dünyaya özünü

idman ölkəsi kimi də tanıda bilib

Müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Azərbaycan bir çox ciddi problemlərlə üzləşmişdi. Həmin çətin vaxtlarda yəqin ki, çoxları idmandan danışmağı lüzumsuz hesab edirdi. Yəni, qayğılar başdan aşarkən gözə idmanmı görünürdü?

Amma Ulu Öndər onlardan fərqli olaraq bu barədə də düşünür və hesab edirdi ki, idman ölkənin tanıdılmasında misilsiz vasitədir. Belə ki, rəsmi qəbullar və dövlət tədbirləri istisna olmaqla, ölkənin bayrağı yalnız idmançıların qələbə qazandığı təqdirdə beynəlxalq arenalarda qaldırılır, himni səslənir. Müstəqilliyini yenicə bərpa edən, dünyada hələ yetərincə tanınmayan Azərbaycan üçün idman, doğrudan da, müstəsna əhəmiyyətə malik məsələlərdən biri idi.

Azərbaycanı müasir dünyada, geniş coğrafiyada tanıdan amillər sırasında idmanın oynadığı rol artıq hər kəsə aydındır. İndi Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Ölkəmizdə idmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Dövlətin iqtisadi imkanlarının artması idmanın inkişafına da yetərincə vəsait qoymağa şərait yaradır. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya İdman Kompleksi, beynəlxalq standartlara cavab verən idman qurğuları tikilib.

Ölkəmiz Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edir. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla, 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci, ümumi iştirakçılar arasında isə 30-cu pilləyə yüksəlib. Perspektivlər daha ümidvericidir. Belə ki, ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı ölkə arasında 10-cu olub.

Azərbaycan çox möhtəşəm idman bayramı ərəfəsindədir. İyunun 12-dən 28-dək Avropanın idman nəbzi Azərbaycanda döyünəcək. Dünyanın “Bakı-2015”-ə olan marağını təkcə bu faktdan aydın görmək olar: Oyunlarda 50 ölkəni təmsil edən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışların 21 idman obyektində keçiriləcəyini nəzərə alsaq, bu, özlüyündə Azərbaycanın zəngin idman infrastrukturundan xəbər verir. Bu gün isə Bakının idman obyektləri xəritəsinə yeni adlar yazılır: Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi, Atletlər Kəndi, “Baku Sport City”.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin uğuru olmaqla yanaşı, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən təsdiqinin əyani göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, belə mühüm qərarların qəbulunda ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb.

Aprelin 26-sı isə tarixə Avropa Oyunları həyəcanının başlanğıc günü kimi düşüb. Həmin gün Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb. Bununla da alovunu Atəşgah məbədindən götürən birinci Avropa Oyunlarının məşəlinin Azərbaycanda səyahəti başlayıb. Avropa Olimpiya Komitəsinin prezidentinin məşəlin alovlandırılması mərasimində dediyi bu sözlər həqiqətən qürurvericidir: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

Belə bir maraqlı cəhət də diqqəti cəlb edir. Olimpiya hərəkatı Avropada yaranıb və Avropa dəyəri hesab olunur. Bununla belə, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə edilib. Bu Oyunları ilk dəfə təşkil etmək və keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Çünki Azərbaycan Avropa Oyunlarının standartlarını yaradacaq. Bu standartlar sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcək. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015”-in Avropanın müxtəlif paytaxtlarında keçirilən təqdimat mərasimləri zamanı çıxışlarında dönə-dönə vurğulayıb ki, ilk Oyunların təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər görülür, Təşkilat Komitəsi səylə çalışır. Hamı bilsin ki, ilk Avropa Oyunları ədalət və sağlam rəqabət prinsipləri, dostluq və həmrəylik şəraitində keçəcək, ölkələri, xalqları, insanları bir araya gətirməklə möhtəşəm idman bayramına çevriləcək.

Azərbaycan 2016-cı ildə Dünya Şahmat Olimpiadasını və “Formula-1” yarışlarını, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarını keçirməklə beynəlxalq idman dəyərlərini daha da zənginləşdirəcək və özü də zənginləşəcək.

Qloballaşma dövründə informasiyanın

artan rolu

Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərinin dünya məkanına çıxarılmasını olduqca vacib hesab edir, bu işdə əsas məsuliyyəti Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın üzərinə qoyurdu. Kollektivimiz həmin vaxtdan Ulu Öndərin bu tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirilməsinə səfərbər olunub.

Azərbaycanın beynəlxalq nüfuzunun artması, inteqrasiya yolu tutması AZƏRTAC-ın da dünya informasiya məkanına daha inamla çıxmasına və əlaqələrinin genişlənməsinə yol açıb. Son vaxtlar cərəyan edən mürəkkəb proseslər fonunda informasiyanın gündən-günə artan rolu getdikcə daha aydın şəkildə görünür. Bu yaxınlarda Sloveniya parlamentinin yuxarı palatasının - Milli Şuranın sədri Mitya Bervar ilə görüşümüzdə o, yaxşı bir söz dedi: “Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır”.

Deməyi lazım bilirəm ki, hazırda dünyanın 130-a yaxın ölkəsi ilə informasiya mübadiləsi aparan AZƏRTAC təkcə son bir ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində müxtəlif mövzularda 103534 informasiya, 8331 videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb, eyni zamanda, beynəlxalq və regional qurumların elektron resurslarında, ümumilikdə, 7203 xəbər, 1935 foto və 669 videomaterial yerləşdirilib.

Bu gün AZƏRTAC dünyanın mötəbər media qurumlarında fəal təmsil olunur. Agentliyimiz Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə yanaşı, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) üzvüdür. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. OANA-nın Moskvada keçirilən Baş Assambleyasında AZƏRTAC-ın Baş direktoru üçüncü dəfə bu qurumun büro üzvü və vitse-prezidenti seçilib.

Sevindirici haldır ki, beynəlxalq aləmdə çox nüfuzlu media toplantıları kimi qəbul edilən OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə eyni vaxtda Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək. 2016-2019-cu illərdə bu mötəbər qurumlara AZƏRTAC sədrlik edəcək.

*  *  *

Azərbaycanın müasir dünyada artan rolunu təsdiqləyən amillərin bu qısa təhlilindən belə bir nəticəyə gəlmək olar ki, ulu öndərimiz Heydər Əliyevin 22 il əvvəl müəyyənləşdirdiyi strategiya öz bəhrələrini verməkdədir. Bu strategiyanı müasir dövrün tələblərinə uyğunlaşdıran və yeni dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyevin müdrik və müstəqil xarici siyasət yürütməsi ölkəmizin çağdaş dünyamızda mövqeyini getdikcə möhkəmləndirir, gələcəyə daha nikbin nəzərlərlə baxmağa əsas verir.

Aslan Aslanov

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)

Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO