AZƏRBAYCAN-NATO ƏLAQƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycanın NATO ilə əməkdaşlığı davam etdirdiyini deyən nazir bildirmişdir ki, “Fərdi tərəfdaşlığın fəaliyyət planı” üzrə öhdəliklər yerinə yetirilir. Bizim məqsədimiz Avropa təhlükəsizlik strukturlarına inteqrasiya etməkdir. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişafına maneçilik törədir.
Robert Simmons “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nın yerinə yetirilməsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin NATO tərəfindən yüksək qiymətləndirildiyini bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulamışdır ki, NATO münaqişə ilə bağlı prosesləri diqqətlə izləyir. Təəssüf edirik ki, münaqişənin həllində ciddi irəliləyiş baş verməyib.
General-polkovnik Səfər Əbiyev NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) Proqramının əsas prinsiplərindən birinin dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu, lakin Ermənistanın SNT proqramının üzvü olmasına baxmayaraq hələ də bu öhdəliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini qonağın nəzərinə çatdırmışdır. Nazir demişdir: “Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq göstərməlidir. Əgər münaqişə sülh yolu ilə həll edilməsə Azərbaycan ərazi bütövlüyünü özü bərpa edəcəkdir”.
Görüşdə Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan NATO əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.