AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ TORONTODA QİÇS KONFRANSINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 13-18-də Kanadanın Toronto şəhərində XVI Beynəlxalq QİÇS konfransı keçiriləcəkdir.
Konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun başçılığı ilə nümayəndə heyəti təmsil edəcəkdir. Nümayəndə heyətinə YUNİSEF-in Azərbaycandakı təmsilçiliyinin rəhbəri Haana Singer, “İrəli” Ümumrespublika Gənclər Hərəkatının üzvü Səbuhi Rzayev də daxildirlər.
Tədbirə dünyanın müxtəlif ölkələrindən 20 minə yaxın iştirakçının gələcəyi gözlənilir.