Azərbaycan Pekində keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 12-dən 14-dək Pekində “COTTM 2016” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, yerli turizm şirkətlərinin və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri təmsil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün nazirlik tərəfindən 39 kvadratmetrlik pavilyon icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları nümayiş ediləcək.
Beynəlxalq sərgiyə Azərbaycanla yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət qatılacaq.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən “COTTM” beynəlxalq turizm sərgisində iştirak edir.
Qeyd edək ki, ötən il Çindən ölkəmizə 5 mindən çox turist səfər edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]