Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası liderliyi ələ keçirib
Bakı, 25 fevral, Nicat Məmmədov, AZƏRTAC
Fevralın 25-də keçirilən iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Sabah” klubu öz meydanında “Keşlə” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Qonaqların heyətində Şəhriyar Əliyev (79), meydan sahiblərinin heyətində isə Fofana Tiemoko (90+1) fərqləniblər. Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Keşlə” 7-ci, “Sabah” isə sonuncu - 8-ci sırada qərarlaşıb.
Tura “Qarabağ” - “Səbail” oyunu ilə yekun vurulub. Oyunun taleyini ağdamlıların heyətində Xayme Romeronun 79-cu dəqiqədə vurduğu qol həll edib. Çempionatın lideri “Neftçi”nin “Zirə”yə minimal hesabla uduzmasından sonra “Qarabağ” bu qələbə sayəsində liderliyə yüksəlib. Hazırda həm “Qarabağ”ın, həm də “Neftçi”nin 33 xalı var.
Xatırladaq ki, turun digər oyununda “Qəbələ” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.
“Zirə” flaqman üzərində qələbə sayəsində üçüncü sıradakı mövqeyini möhkəmləndirib. “Sumqayıt” 23 xalla dördüncü, “Qəbələ” 21 xalla beşincidir. Altıncı sırada qərarlaşan “Səbail” komandasının 16 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]