Azərbaycan Premyer Liqası: “Şamaxı” – “Kəpəz” oyununda qalib müəyyənləşməyib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Kəpəz” “Şamaxı” klubunun qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.
Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Emin Zamanov açıb. Cəmi 4 dəqiqə sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Abdullahi Şuaybu tarazlığı bərpa edib.
Bu heç-heçədən sonra xallarını 29-a çatdıran "Kəpəz" 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan "Şamaxı" isə 9-cu sırada qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, XXXI turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]