Azərbaycan Premyer Liqası: Yeddinci tura Qəbələdə yekun vurulacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.
Son çempion “Qarabağ” Qəbələdə eyniadlı komandanın qonağı olacaq. Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Altı oyundan sonra aktivində 10 xalı olan Ağdam klubu dördüncü pillədə qərarlaşıb. “Qırmızı-qaralar” isə dörd xalla sonuncu - 10-cu sırada yer alıb.
İki komanda bunadək ölkə çempionatında 58 dəfə üz-üzə gəlib. Bu görüşlərin 33-ü “Qarabağ”ın, 10-u “Qəbələ”nin xeyrinə başa çatıb. 15 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “Qarabağ” aşkar üstünlüyə malikdir - 93:44.
“Köhlən atlar” son 6 oyunda qol vurub. “Qəbələ” 20 matçdır “Qarabağ” üzərində qələbə qazana bilmir.
Azərbaycan Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]