AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKMƏNİSTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Annaməmməd Məmmədovun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Türkmənistanın səfiri Annaməmməd Məmmədov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə xatirə şəkli çəkdirdi və söhbət etdi.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi və əməkdaşlığımızın daha da genişlənəcəyinə əminlik ifadə olundu.
######
![]() |
![]() |

